Dominikan ordeni

Dominikan ordeni
lat. Ordo Praedicatorum
Loqonun şəkli
Növü Dini orden
Yaranma tarixi 1216 - indiyədək
Ölkə
Tabedir Vatikan
Qərargah Santa Sabina bazilikası, Roma
Himayədarları Müqəddəs Dominik, Mariya Maqdalena, Sienalı Katerina
Şüarı Laudare, benedicere, praedicare (Həmd etmək, xeyir-dua vermək, təbliğ etmək)
Rəngləri qara
Komandanlıq
Komandir Jerar Timoner
op.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dominikan ordeni (lat. Ordo Praedicatorum; qısaldılmış OP), Fransada Dominik de Quzman adlı bir kastiliyalı keşiş tərəfindən təsis edilmiş Roma-Katolik kilsəsi sədəqəçi (və ya dilənçi) ordenidir. 22 dekabr 1216-cı ildə Papa fərmanı Religiosam vitam vasitəsilə Papa III Onori tərəfindən təsdiq edilmişdir. Dominikanlar olaraq adlandırılan orden üzvləri, ümumiyyətlə, adlarından sonra OP hərflərini göstərirlər (Ordinis Praedicatorum - Vaizlər Ordeni). Ordenə üzvlüyə frerlər, rahibələr, fəal bacılar və laitilər daxildir.

İncili təbliğ etmək və bidətə qarşı çıxmaq üçün qurulan ordenin tədris fəaliyyəti və onun sxolastik təşkilatı onu Avropada orta əsrlərin intellektual həyatının ön sıralarında yerləşdirmişdir.[1] Orden bir çox aparıcı ilahiyyatçıfilosof yetişdirməklə öz intellektual ənənəsi ilə məşhurdur.[2] 2018-ci ildə ordendə 5747 Dominikan frer, o cümlədən 4299 keşiş var idi. Ordenə 2022-ci ildən etibarən Jerar Timoner rəhbərlik edir.[3] Mariya MaqdalenaSienalı Katerina ordenin himayədarlarıdır.

  1. Pierre Mandonnet - Catholic Encyclopedia (1913)/Order of Preachers
  2. Marshall, 2011
  3. Lomonaco, 2019

Developed by StudentB